7 Fevral 2015 12:02
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə hakimiyyəti ələ keçirən Husilər prezident Abdurabbu Mansur Hadinin istefasından sonra parlamenti dağıdıb.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, paytaxt Sanadaki Prezident Sarayında bir çox üsyançının iştirak etdiyi iclasda "Konstitusiya Manifesti" qəbul olunub. Sənəddə mövcud konstitusiyanın qüvvədə qalacağı və gələcəkdə bəzi qanunların dəyişəcəyi bildirilib: “Hazırda İnqilab Komitəsi və 551 üzvdən ibarət Müvəqqəti Milli Şura yaradırıq. Şura dağıdılan Nümayəndələr Məclisinin yerinə çalışacaq. Şura keçid prosesində rəhbərlikdə olan kadrları da dəyişəcək. Baş Ofisdə çalışacaq 5 üzv Milli Şura tərəfindən seçiləcək”.

Samir


Müəllif: