8 Fevral 2015 07:35
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da daha bir silahlı insident yaşanıb. Corciya ştatında baş vermiş atışma nəticəsində uşaq daxil olmaqla 6 nəfər ölüb.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatınagörə, insident Duqlasvill şəhərində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılardan biri atəş açan şəxsdir, o intihar məqsədi ilə özünə atəş açıb. Onun xəstəxanaya çatdırıldıqdan az sonra keçindiyi bildirili. O Polis şerifi Qlen Deniel açıqlamasında bildirib ki, atışma barədə xəbər polisə yerli vaxtla 23.00-da (Bakı vaxtı ilə 00.00) daxil olub. O ölənlərin arasında azı bir uşağın olduğunu təsdiqləyib. Bəzi KİV-lər ölənlər arasında 2 uşağın olduğunu bildirib.

Polis ölən şəxslərin adını hələlik açıqlamır. Hadisənin səbəbləri məlum deyil.


Müəllif: