8 Fevral 2015 01:23
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Almaniya Federativ Respublikası İŞİD-lə mübarizə üçün İraq Kürd Muxtar Bölgəsinə yeni partiya silah göndərəcək”.

Axar.az xəbər verir ki, bu sözləri Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı İraq Kürd Muxtar Bölgəsinin Prezidenti Məsud Bərzani söyləyib. O, kürdlərə silahın artıq göndərilmə ərəfəsində olduğunu bildirib.

Bərzani Almaniya və digər Avropa dövlətlərinin göndərdiyi silahların İŞİD-lə mübarizədə situasiyanı dəyişdiyini deyib.

Qeyd edək ki, keçən ilin yayından Almaniya silah yardımı göstərir. Berlin həmçinin öz hərbçiləri vasitəsi ilə kürd silahlılarının hazırlanması ilə məşğul olurlar.


Müəllif: