8 Fevral 2015 09:30
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya gəmi əleyhinə yeni raketi sınaqdan keçirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, yeni raket hədəfləri “ultra-sərrast” şəkildə vura bilmə qabiliyyətinə malikdir. Şimali Koreya dövlət mediası sınağın nə zaman və harada keçirilməsi barədə məlumat verməsə də, prosesi lider Kim Conq Unun da izlədiyini bildirib.

Agentliyin müsahibə keçirdiyi mütəxəssislər bu silahın Rusiyanın istehsal etdiyi silahlara oxşar olduğunu, sudan cəmi bir neçə metr hündürlükdə uçduğunu və çox sürətli olduğunu bildirib. Xatırladaq bu yaxınlarda Cənubi Koreya və Birləşmiş Ştatların birgə hərbi təlimlər keçirməyi planlaşdırıb. Şimali Koreya isə bu təlimləri sərt tənqid edir.


Müəllif: