8 Fevral 2015 13:11
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın tanınmış xəbər agentliyi “Mediafax”ın baş direktoru Adrian Sırbu həbs edilib.

Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, agentlik direktoru çirkli pulların yuyulmasında və vergidən yayınmaqda ittiham olunur.

Rumıniya Antikorrupsiya İdarəsinin direktorun saxlanılması ilə bağlı yaydığı məlumatda onun saxta şirkətlər şəbəkəsi yaratdığı, dövlətə 3 milyon avro zərər vurduğu qeyd olunub.

A. Sırbu isə bu ittihamları qəbul etməyib və həbsinin sifarişli olduğunu deyib.


Müəllif: