8 Fevral 2015 17:08
1 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya sosial-demokratları Ukraynanın şərqində gedən hərbi əməliyyatlar zonasına silah və döyüş sursatı göndərilməsini yolverilməz sayırlar.

Bu qərar hakim koalisiyaya daxil olan Çexiya Sosial-Demokrat Partiyasının (ÇSDP) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Sosial-demokratların fikrincə, silah təchizatı Ukrayna münaqişəsinin eskalasiyasına, məşəqqətlərə və yerli əhali arasında itkilərə gətirib çıxaracaq. Çexiyanın xarici işlər naziri və ÇSDP sədrinin müavini Lubomir Zaoralek bildirib ki, partiya münaqişənin diplomatik yolla həllinə üstünlük verir.


Müəllif: