9 Fevral 2015 00:25
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Baş Prokuroru Vitali Yarema istefa ərizəsi yazıb.

Teleqraf.com-un TSN-ə istinadən xəbərinə görə, Yarema Ali Radada tənqidə məruz qaldıqdan sonra bu addımı atıb.

O, xüsusən də "Petro Poroşenkonun Bloku"ndan olan deputatların tənidinə məruz qalıb.

Telekanalın xəbərinə görə, son üç həftə ərzində Ukraynanın Baş Prokuroru Vitali Yaremanın istefası ilə bağlı sənədə adı çəkilən blokdan 39 deputat imza atıb.

Yaremanın istefası ilə bağlı hələlik rəsmi xəbər yayılmayıb.

Nihad


Müəllif: