9 Fevral 2015 06:09
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 gün ərzində İordaniya Hərbi Hava Qüvvələri İŞİD terrorçularını intensiv şəkildə bomblayıblar. Belə ki, İordanniyanın hərbi aviasiyası tərəfindən İslam Dövləti təşkilatının istehkam və təlim düşərgələrinə 56 sarsıdıcı raket zərbəsi endirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə İordaniya Hərbi Hava Qüvvələrinin komandanı general Mansur əl-Cbour açıqlama verib. “Biz qarşımıza qoyduğumuz məqsədə çatmışıq. Biz onları yer üzündən silməyə hazırlaşırıq”, – general əlavə edib.

İordaniya Hərbi hava Qüvvələrinin zərbələri əsasən Suriyada İŞİD-in paytaxtı sayılan Raqqa şəhərinə endirilir. Lakin konkret hədəflər açıqlanmır.

Xatırladaq ki, iordaniyalı pilot İŞİD tərəfindən diri-diri yandırıldıqdan sonra İordaniya kralı qisas barədə əmr verib.


Müəllif: