9 Fevral 2015 16:00
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel Ukraynanın şərqindəki əməliyyatların başa çatdırılması üçün Rusiya prezidenti Vladimir Putinə fevralın 11-dək vaxt verib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə tanınmış “The Wall Street” jurnalı məlumat yayıb. Merkel verilən vaxtda Rusiyanın güzəştə getməyəcəyi təqdirdə, bu ölkəyə qarşı uzunmüddətli sanksiyaların tətbiq olunacağını bildirib. Jurnalın məlumatına görə, yeni sanksiyalarda Rusiyanın aktivlərinin dondurulması da nəzərdə tutulub.

Eyni zamanda qəzetin yazdığına görə, Moskvada baş tutan görüş zamanı Merkel Putinə Obamanın Ukraynaya silah tədarükü ilə bağlı fikrinə qarşı çıxamayacağını deyib.

Qeyd edək ki, Poroşenko, Putin, Olland və Merkel fevralın 11-də Minskdə görüşəcəklər.

Samir


Müəllif: