15 May 2014 11:04
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lavrov: `Rusiya Ukraynanın NATO-ya daxil olmasına qəti şəkildə etiraz edir`.

Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov “Bloomberg” telekanalina verdiyi müsahibədə bəyan edib ki, Rusiya Ukraynanın NATO-ya üzv olmasının qəti əleyhinədir. Lavrovun fikrincə Ukraynanın NATO-ya qoşulması Avropada mövcud balansı pozacaq.

"Ukraynanı NATO-nun üzvlüyünə təhrik etmək Avropanın ümumi təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Məhz buna görə, Ukraynanın NATO-da qoşulmasının əleyhinəyik”- deyə xarici siyasət rəhbəri qeyd edib. O, əlavə edib ki, bu məsələ təkcə Ukrayna ilə NATO-ya aid deyil, həm də Rusiyanın maraq dairəsindədir.

Serqey Lavrov həmçinin bəyan edib ki, rəsmi Moskva Ukraynanın cənub-şərqində aparılan “güc əməliyyatları” zamanı Kiyevin BMT nişanlı vertolyotlardan istifadə etməsinə aydınlıq gətirilməsini tələb edir: “Bilmək istəyirik, necə olub ki, BMT loqotipli vertolyotlar ölkənin cənub-şərqində etirazçılara qarşı istifadə olunub”.

“Ukrayna vətəndaş müharibəsinə hələ bu qədər yaxın olmamışdı”-deyə Rusiyalı nazır müharibənin yetişdiyini istisna etməyib. /azvizion.az/


Müəllif: