ABŞ əvvəlki kimi, Ukrayna böhranının diplomatik yolla həllinə çağırır.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.
"Biz bu porblemin diplomatik yolla çözülməsinə çağırmaqda davam edirik", - o, Almaniya kansleri Angela Merkellə görüşünün yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Barak Obama həmçinin deyib ki, rəsmi Moskva Minsk razilaşması çərçivəsində öz öhdəliklərinə əməl etməyincə, ABŞ və Almaniya Rusiyaya qarşı sanksiyaların saxlanılmasında həmrəydir.
Nihad