10 Fevral 2015 05:18
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalamağı planlaşdırırlar.

Teleqraf.com-un “İnterfaks” agentliyinə istinadən məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak bəyan edib.

“Biz iki ölkə arasında əməkdaşlığın məntiqi davamı olan memorandumun üzərində inadla işləyirik”, deyə S.Poltorak bildirib.

Müdafiə naziri fevralın 9-da Böyük Britaniya müdafiə nazirliyinin beynəlxalq təhlükəsizlik Departamentinin müdiri Nik Qerr ilə görüşüb. Britaniya rəsmisi ölkəsi tərəfindən Ukraynaya hər cür dəstəyin veriləcəyini vurğulayıb.


Müəllif: