10 Fevral 2015 08:02

Ukraynanın şərqində silahlı münaqişə nəticəsində azı 5 486 nəfər həlak olub, 12 972 nəfər xəsarət alıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlər idarəsinin məruzəsində bildirilir.

“Son bir həftə ərzində hərbi əməliyyat zonasında 263 dinc sakin həlak olub, 700-ə yaxın insan yaralanıb”, - deyə hesabatda bildirilir.

BMT-nin hesablamalarına görə, münaqişə başladığı dövrdən 978 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.


Müəllif: