15 May 2014 11:26
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma “Luqansk Xalq Respublikası”nın rəhbərliyi şəhər ərazisində ABŞ və Avropa ölkələrinə məxsus restoran və kafelərin fəaliyyətinə qadağa qoyub.

Eyni zamanda, Pepsi-Cola, Coca-Cola və McDonalds’s kimi xarici şirkətlərdən, Luqansk ərazisində fəaliyyəti dərhal dayandırmağı tələb olunub. Bu xəbərdarlıq şəhərin əsas küçələrində, binaların divarlarına, eyni zamanda fastfood restoran və kafelərin şüşələrinə yapışdırılıb. Xəbərdarlıqda bildirilir:

“McDonalds’s Luqansk ərazisində fəaliyyətini dərhal dayandırmalıdır. Əks halda, biz müştəri və əməkdaşlara ziyan vurmadan, McDonalds’s – ın binasını məhv edəcəyik. Narahatçılığa görə üzr istəyirik. Nəzakətli Luqansk sakinləri”

Bundan öncə, "Luqansk Xalq Respublikası" ABŞ və AB-yə qarşı "sanksiyaların" tətbiq etməsi ilə bağlı bəyanat yayıb.

Ülviyyə


Müəllif: