11 Fevral 2015 01:10
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Yəməndəki səfirliyinin bağlanmasına dair qərar verib. Teleqraf.com-un “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə “Röyters”-ə ABŞ-ın Sanadakı rəsmi nümayəndəsi bildirib. Səfirliyin əməkdaşları artıq qərarla tanış olublar. ABŞ səfiri fevralın 11-də Yəməni tərk edəcək.

Agentlik bildirir ki, ABŞ maraqlarının Yəməndə qorunması üçün müvafiq xahişlə Türkiyənin və ya Əlcəzairin Sanadakı səfirliklərinə müraciət edə bilər.

Səfirliyin bağlanacağı konkret tarix hələlik məlum deyil.


Müəllif: