11 Fevral 2015 10:29
1 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun uğurlu əks hücumu nəticəsində Mariupol limanının işğal təhlükəsi aradan qaldırılıb.

Teleqraf.com-un məlumatına görə, antiterror qüvvələrinin müvəffəqiyyətli hərbi əməliyyatlar nəticəsində rus silahlı birləşmələri Mariupol istiqamətində cəbhə xətti boyunca 20 kilometr geri çəkilməli olublar.

Bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, Mariupol ətrafında qazanılan qələbə son aylar ərzində silahlı qüvvələrin və milli qvardiyanın ilk ən uğurlu hücumudur.

Nail Cəlil


Müəllif: