11 Fevral 2015 13:27
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus separatçıları Debalçovaya əlavə qoşun hissələri və hərbi texnikalar gətirib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə "İnformasiya müqaviməti" qrupunun koordinatoru, xalq deputatı Dmitri Tımçuk öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, sutka ərzində bölgəyə 22 zirehli texnika və təxminən 250 separatçı gətirilib. Zirehli texnikaya 10 tank, 4 BTR və 8 ədəd yük maşını daxildir.

Samir


Müəllif: