11 Fevral 2015 15:45
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Şimali Karolina ştatında üç müsəlman gənc öldürülüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, silahlı şəxsin bir evə hücumu zamanı öldürülən gənclər 23 yaşlı Deah Barakat, əri Yusor Məhəmməd və baldızı Razan Məhəmməd olub.

Hücumdan sonra axtarışa başlayan polis cinayətkarın 46 yaşlı Kreyq Stefan Hiks olduğunu aydınlaşdırıb. Cinayətkar həbs edilib. Faktla bağlı istintaq başlanıb.

Qeyd edək ki, hücumda həyatını itirən 23 yaşındakı Barakat Şimali Karolina Universitetində stomotoloq ixtisası üzrə təhsil alıb. O, fələstinli uşaqların dişlərinin pulsuz müalicəsi üçün könüllü olduğu bildirilib.

Samir


Müəllif: