15 May 2014 11:58
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kömür mədənində 282 insanın ölümünə səbəb olan qəza ilə bağlı Türkiyə hökumətinə yardım təklif edib.


Teleqraf.com
-un VOA-ya istinadən yaydığı xəbərə görə, ABŞ-ın Əmək naziri Tomas Peres Obama administrasiyasının Türkiyə rəsmilərinə Amerikanın yardım göstərməyə hazır olduğunu çatdırdığını deyib.


Tomas Peresin açıqladığı bəyanatda faciədə yaxınlarını itirən insanlara baş sağlığı ifadə edilib. “Mən mədəndə ilişib qalmış və həyatları uğrunda mübarizə aparan insanların sağ-salamat xilas edilməsi üçün dua edirəm”-deyə ABŞ-ın Əmək naziri bəyanatında bildirib.

ABŞ administrasiyası Türkiyə xalqına hadisə ilə əlaqədar başsağlığı bildirib. Ağ Evin sözçüsü Cey Karni deyib:

”Somada mədəndə 200-dən çox insanın həyatını itirdiyi və yüzlərlə insanının mədəndə ilişib qaldığı qəzanın baş verməsi ilə əlaqədar bu gün fikirlərimiz və dualarımız Türkiyə xalqı ilədir.”

Cey Karni Türkiyənin Birləşmiş Ştatların yaxın dostu və müttəfiqi olduğunu deyib bildirib.

Ülviyyə


Müəllif: