12 Fevral 2015 05:27
754
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Florida ştatında “Biçkraft” tipli kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Mayamı şəhəri yaxınlığında baş verib.

Terks və Kaykos adalarına uçan təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra yerə düşüb. İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarənin düşdüyü yerdə heç kim olmasa da, elektrik naqillərinin sıradan çıxması yüzlərlə evi işıqsız qoyub.

Üstəlik, hadisə yerində yanğın başlayıb. Əraziyə 20-yə yaxın yanğınsöndürmə briqadası cəlb edilib.


Müəllif: