12 Fevral 2015 09:18
2 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna böhranının aradan qaldırılması üçün Minskdə başlanan danışıqlar zamanı iki məsələ ilə bağlı razılıq əldə edilib.

Teleqraf.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının sədr müavini Valeri Çaloqo məlumat verib.

Onun sözlərinə görə, danışıqların bitməsinə iki saat qaldığı üçün razılaşdırılmış məsələlərlə bağlı məlumat verilmir.

Yayılan məlumatlarda danışıqların yekunları olaraq on bənddən ibarət sənədin imzalanması nəzərdə tutulur.

Samir


Müəllif: