12 Fevral 2015 14:26
2 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsas məsələ “norman dördlüyü”nün görüşündə əldə olunan razılaşmanı həyata keçirməkdir”.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Minsk danışıqlarından sonra verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, tarixi sənədlər çoxdur, ancaq indi əsas məsələ bu sənədləri həyata keçirməkdir.

Lukaşenko çıxışında təşkilatçılıq məsələlərinə də toxunub: “Görüz yaxşı təşkil edilmişdi. Biz gecə boyu Rusiya istehsalı olan məhsullar- yumurta, pendir, süd məhsulları yedik və bir vedrə kofe içdik”.

O, həmçinin bildirib ki, ötən gecə boyu davam edən danışıqlar zamanı nümayəndə heyətləri və ekspertlər növbə ilə istirahət ediblər: “Liderlər isə yatmayıb. Ancaq indi hər şey yaxşıdır”.

Samir


Müəllif: