13 Fevral 2015 02:50
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı cümə axşamı günü Eşton Karteri ölkənin yeni müdafiə naziri təyin olunmasını təsdiqləyib. O, Pentaqonun rəhbəri postunda Çak Heyqeli əvəzləyəcək.

Teleqraf.com TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Eşton Karterin lehinə 100 senatorun 93-ü səs verib. Əleyhinə isə 5 qanunverici çıxıb.

Təcrübəli idarəedici sayılan 60 yaşlı Karterin bu vəzifəyə namizədliyi ötən ilin sonlarında prezident Barak Obama tərəfindən irəli sürülüb. O, 2011-2013-cü illərdə Pentaqon başçısının birinci müavini postunu tutub.


Müəllif: