13 Fevral 2015 01:37
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşmasının silahlıları Liviyada girov götürdüyü 21 Misir vətəndaşını qətlə yetirib.

Teleqraf.com-un “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Əl Ərəbiyə telekanalı məlumat yayıb.

Məlumata görə, silahlıların yaydığı məlumatda bildirilir ki, “Cunud vilayət Tarabulus” qruplaşması (Tripoli əyalətinin döyüşçüləri) xristian dininə (koptlar) mənsub 21 Misir vətəndaşını əsir götürərək edam edib. Silahlılar sübut kimi narıncı rəngli libasda olan girovların şəkillərini dərc ediblər.

Qətlin baş verdiyi tarix açıqlanmır.

Qeyd edək ki, silahlılar Liviyaya qazanc dalınca gəlmiş koptları yanvarın əvvəllərində Sirt şəhəri yaxınlığında (Tripolidən 600 km şərqdə) girov götürüb.


Müəllif: