13 Fevral 2015 08:45

Son illər Asiya turistlər arasında ən populyar qitəyə çevrilib və hazırda bu qitənin bir neçə şəhəri dünya üzrə rəsmən ən çox ziyarət olunan şəhərlər siyahısına başçılıq edir.

Teleqraf.com Vestifinance.ru saytına istinadla xəbər verir ki, Euromonitor International tədqiqat kompaniyası ən çox ziyarət edilən dünya şəhərləri haqda məlumat dərc edib. Asiya şəhərləri bu reytinqdə lider mövqelərdə yerləşib və çoxluq təşkil edirlər. Onların sırasında Türkiyənin Antalya və İstanbul şəhərləri də yer alır.

Beləliklə, turistlər tərəfindən ən çox ziyarət edilən 20 şəhər belə sıralanır:Çinin Honkonq şəhəri (il ərzində 25,5 milyon turist), Sinqapurun Sinqapur şəhəri (22,4 milyon), Tailandın Banqkok şəhəri (17,4 milyon), Böyük Britaniyanın London şəhəri (16,7 milyon), Fransanın Paris şəhəri (15,2 milyon), Makaonun Makao şəhəri (14,2 milyon), ABŞ-ın Nyu-York şəhəri (11,8 milyon), Çinin Şençjen şəhəri (11,7 milyon), Malayziyanın Kuala-Lumpur şəhəri (11,18 milyon), Türkiyənin Antalya şəhəri (11,12 milyon), İstanbul şəhəri (10,48 milyon),

Birləşmiş Ərəb əmirliyinin Dubay şəhəri (10,45 milyon), Cənubi Koreyanın Seul şəhəri (8,61 milyon), İtaliyanın Roma şəhəri (8,6 milyon), Tailandın Pxuket şəhəri (8 milyon), Çinin Quançjou şəhəri (7,6 milyon), Səudiyyə Ərəbistanının Məkkə şəhəri (7,5 milyon), Taiandın Pattayya şəhəri (6,9 milyon), Tayvanın Taybey şəhəri (6,6 milyon), ABŞ-ın Mayami şəhəri (6,3 milyon).


Müəllif: