13 Fevral 2015 09:02
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Ukrayna böhranıyla bağlı siyasəti yanğına benzin tökməyə bənzəyir”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli politoloq Səid Yılmaz çıxış edib. O, Avropanın Ukrayna məsələsində ikiyə bölündüyünü bildirib:

“NATO-nun Şərqi Avropada gücünü artırmaq barədə qərarı yekdilliklə verilməyib. Bu qərar heç şübhəsiz ki, ABŞ-ın təsiri ilə alınıb. ABŞ-ın Ukrayna böhranı ilə bağlı siyasəti yanğına benzin tökməyə bənzəyir. Məhz bunu sezən Almaniya və Fransa liderləri atəşkəs əldə etmək üçün tez bir zamanda hərəkətə keçdilər.

Qərb Rusiyanı hələ də 1990-cı illərdəki Rusiya olaraq görür və onu zəif bir ölkə hesab edir. Onların fikrincə, neftin qiyməti düşərsə, Rusiya çox dözə bilməyəcək və bunun nəticəsində Putin gec-tez ABŞ-ın istədiklərini qəbul edəcək”.


Müəllif: