15 May 2014 13:43
478

Türkiyənin iri Həmkarlar İttifaqları Soma şəhərində mədəndə 282 nəfərin həyatını itirdiyi faciəyə görə bir günlük tətil etdiklərini elan ediblər.


ANS PRESS-in məlumatına görə, İnqilabçı Əməkçi Hİ Konfederasiyasının rəhbəri Arzu Çərkəzoğlu paytaxt sakinlərini qara geyinməyə və Əmək Nazirliyinin binasına yürüş etməyə çağırıb.



Hİ rəhbərləri ölkədə dağ mədəni sənayesinin son özəlləşdirilməsindən sonra (Somadakı mədən 2005-ci ildə özəlləşdirilib) mədənçilərin əmək şəraiti ağırlaşdırıldırılaraq həyatları üçün təhlükəli edilib.


Tətilə qoşulan Dövlət qulluqçularının Həmkarlar İttifaqının bəyanatında deyilir.“Somada kütləvi qətliamda gəlir arxasında xərcləri ixtisar edən özəlləşdirmə siyasətini irəli sürənlər günahkardır. Və onlar baş verənlərə görə cavab verməlidirlər”



Xatırladaq ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Hadisə növbə dəyişikliyi zamanı baş verib. Buna görə mədəndə iki növbənin əməkdaşları olduğu üçün itkilərin miqyasının böyük olduğu bildirilir.


Müəllif: