13 Fevral 2015 12:57
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində separatçılar yaşayış məntəqəsini atəşə tutub.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Valeri Sleznyov açıqlama verib. Onun sözlərinə görə, hadisə zamanı 3 dinc sakin həlak olub.

Bundan əlavə Sleznyov sutka ərzində davam edən döyüşlər zamanı Ukrayna ordusunun 8 əsgərinin həyatını itirdiyini, 34-nün isə yaralandığını deyib. O qeyd edib ki, döyüşlərdən sonra yaralıları hospitallara çatdırmaq mümkün olub.

Samir


Müəllif: