13 Fevral 2015 14:12
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanlıurfa vilayətinin Suruç mahalında polis məntəqəsi yaxınlığında partlayış baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində xeyli insan yaralanıb.

Şanlıurfa valisi İzzəddin Küçük onlardan ikisinin polis olduğunu bildirib. İlkin məlumata görə, partlayıcı qurğu polis məntəqəsinin yaxınlığındakı zibil qutusunda yerləşdirilib.

Hadisə yerinə çoxlu sayda təcili yardım avtomobili cəlb edilib.

Ömər Dağlı


Müəllif: