14 Fevral 2015 00:59
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığını qəbul etmək və bununla bərabər Milli antikorrupsiya bürosuna rəhbərlik etməkdən imtina edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Saakaşvili özü jurnalistlərlə söhbətində məlumat verib. «Vətəndaşlıqla bağlı məsələ var idi. Bundan başqa mən Ukraynaya köçməli və dövlət bürokratik maşınının bir hissəsi olmalı idim.

Ancaq indiki mərhələdə bu düzgün olmazdı. Bununla belə mənim komandam antikorrupsiya qanunlarının yazılmasında fəal iştirak edib.

Bu qrupun bir hissəsi olmuşam və onlara fəal şəkildə məsləhətlər vermişəm», - deyə Saakaşvili qeyd edib.

Bir qədər əvvəl isə Saakaşvili vətəninə qayıtmaq niyyyətində olduğunu açıqlamışdı: «Geosiyasi vəziyyət dəyişir, dostlarımızın mövqeyi güclənir. Bütün bunlar Gürcüstana qayıtmağıma yardım edəcək».


Müəllif: