14 Fevral 2015 02:35
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev Ukraynaya letal (öldürücü) silahlar verilməsinin əleyhinə çıxış edir.

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest CNN telekanalına müsahibə verərkən bildirib.

“Prezident Barak Obama hesab edir ki, Ukraynaya göstərilən hərbi yardım qantökmənin artmasına səbəb ola bilər”, deyə C.Ernest bildirib.

Qeyd edək ki, ABŞ Konqresində Ukraynaya 2017-ci ilə qədər 1 milyard dollar həcmində hərbi yardım göstərmək barədə qanun layihəsi hazırlanıb.


Müəllif: