14 Fevral 2015 21:43
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Yəməndəki səfirliyinin fəaliyyətinin dondurulmasına dair qərar verib. Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya XİN-in açıqlamasında bildirilir.

Bundan başqa İspaniya XİN Yəməndə olan vətəndaşlarına müvəqqəti Yəməni tərk etməyə çağırıb.

“İspaniya qərarın verilməsinə səbəb olmuş problemlərin yaxın zamanda aradan qaldırılacağına və səfirliyin fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edir”, deyə açıqlamada bildirilir.

Qeyd edək ki, hazırda Yəməndə hakimiyyət prezidenti və hökuməti istefaya göndərmiş üsyançıların əlindədir.


Müəllif: