14 Fevral 2015 22:27
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı sonuncu açıqlamaya görə, Mers virusundan dünyada 358 nəfər ölüb.

Publika.az-ın məlumatına görə, təşkilatın qida təhlükəsizliyi üzrə mütəxəssisi Peter Ben Embarek BMT-nin Cenevrə ofisindəki toplantıda Mers xəstəliyinin səbəb olduğu ölümlər haqqında məlumat verib.

Onun sözlərinə görə, 2012-ci ildən sonra yayılmağa başalayan virusa 975 nəfər yoluxub, onların 358-i ölüb. Ölüm hadisələrinin əksəriyyəti Səudiyyə Ərəbistanda qeydə alınıb.

ÜST rəsmisinin sözlərinə görə, Mers virusuna yeni yoluxmaların əsas səbəbi dəvələrlə təmasda olmaq və əvvəlki xəstələrlə ünsiyyət qurmaqdır.

“Virusa yoluxmaların 30-35%-i ölümlə nəticələnir. Buna görə də, dəvələrdən uzaq durmaq, dəvə südünü çiy formada içməmək məsləhət görülür. Sudan istifadəni artırmaq lazımdır”-deyə ÜST rəsmisi bildirib.

Demək olar ki, hər gün bu virusa yoluxma halları aşkarlanır. Bu virusa yoluxma ilk dəfə Səudiyyə Ərəbistanda qeydə alınıb.


Müəllif: