15 Fevral 2015 08:15
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD İraqda daha bir qətliam törədib. İnternetdə iraqlı hərbçinin başının rusdilli İŞİD silahlıları tərəfindən kəsilməsini əks etdirən kadrlar yayılıb.

Teleqraf.com-un “Gazeta.ru”ya istinadən məlumatına görə, video çarxda 3 silahlı və əsir götürülmüş iraqlı hərbçi əks olunub. Silahlılardan biri nitq söylədikdən sonra narıncı libaslı girovun başını kəsir. Videonun sonunda silahlılar əsir götürdükləri daha 10 iraqlı hərbçinin başına atəş açaraq qətlə yetirirlər.

Silahlıların yaydığı bu video çarx İŞİD-in uzun müddətdir ələ keçirməyə çalışdığı İraqın Beyci şəhərinə həsr olunub.


Müəllif: