15 Fevral 2015 08:43
4 127

Ukrayna Baş naziri Arseni Yaçenyuk canlı yayımda ölkənin şərqindəki münaqişə ilə bağlı çıxış edib.

Axar.az xəbər verir ki, Yaçenyuk Minsk razılaşması ilə bağlı xalqa müraciət ünvanlayıb. O deyib ki, bu gün Minsk razılaşmasına riayət edilməyəcəyi təqdirdə hökumət ölkə ərazisində hərbi vəziyyət elan edəcək.

Prezident Administrasiyasının mətbuat mərkəzinin nümayəndələri Çal Valeri, Pavel Klimkin və Valentina Nalivayçenko da hazırkı vəziyyətlə bağlı məlumat veriblər.

Qeyd edək ki, Ukrayna Prezidenti Pyotr Poroşenko bəyanatında Minsk razılaşmasına əməl edilməyəcəyi təqdirdə ölkədə hərbi vəziyyətin elan ediləcəyini bildirmişdi. Minsk razılaşmasına görə, fevralın 15-dən, yəni Ukrayna vaxtı ilə bir neçə dəqiqədən sonra atəşkəs qüvvəyə minir.


Müəllif: