15 Fevral 2015 16:15
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet və Ukrayna futbolçusu, hazırda isə Ukrayna yığmasının baş məşqçisinin köməkçisi Aleksandr Zavarov ölkənin şərqindəki hərbi münaqişədə iştirakdan imtina edib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, ötən həftə Ukrayna Futbol Federasiyasının 89 orduya çağırış vərəqəsi aldığı məlum olub. Onlardn biri 53 yaşlı Zavarova göndərilib.

"Yalnız bir şey deyə bilərəm: mən heç vaxt valideyinlərimin dəfn olunduğu, ailə və uşaqlarımın yaşadığı yerdə döyüşməyəcəyəm. Belə də yazın", - Luqansk sakini olan Zavarov deyib.

"Sadəcə, istəyirəm ki, sülhə nail olunsin", - Zavarov əlavə edib.

Nihad


Müəllif: