15 Fevral 2015 20:40
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Agence France-Presse”in Moskvadan verdiyi xəbərdə deyilir ki, Rusiya şənbə günü rəsmi Kiyevi və Qərbi Minskdə əldə olunmuş razılığı təhrif etməkdə suçlayıb.

“Ukraynanın rəsmi nümayəndələri, həmçinin bir neçə Qərb ölkəsi, xüsusən ABŞ Ukrayna parlamentindəki radikal millətçilərin mövqeyinə ciddi dəstək ifadə edirlər və Minskdə əldə olunmuş müqavilənin şərtlərini təhrif edirlər”, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.

Rusiya, Fransa, Ukrayna və Almaniya liderlərinin gəldiyi razılaşma rəsmi Kiyev Və Qərb tərəfindən “konkret məsələlərlə bağlı sənəddə həyata keçirilməsi nəzərdə tutulan işlərə şübhə ilə yanaşılır”.

Donetsk və Luqansk separatçıları “məsələyə ciddi və məsuliyyətli yanaşdığı halda, Ukrayna siyasətçilərinin Kiyevdə səsləndirdiyi bəyanatlar razılaşma ilə bağlı şübhələr doğurur”, rəsmi Moskva bildirir.

“Biz bir daha təsdiq edirik ki, Minsk razılaşmasının əsas qayəsi odur ki, müharibənin sona çatması çatması zəruridir, ağır silahları geri çəkmək lazımdır və Ukraynada real konstitusiya islahatları keçirilməlidir”, bəyanatda deyilir.

Rusiya istəyir ki, “cümə axşamı Minsk razlaşmasına imza atan bütün tərəflər- Kiyev, rusiyapərəst separatçılar və ATƏT, həmçinin Almaniya və Fransa razılaşmaya ciddi şəkildə ehtiram göstərilməsi üçün mümkün olan hər şeyi etsinlər”.

Agentlik bildirir ki, hələliksə şənbə günü Ukraynanın şərqində ağır döyüşlər gedir. /musavat.com/


Müəllif: