16 Fevral 2015 10:36
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasında ordu üçün yeni qaydalar tətbiq ediləcək.

Publika.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bundan sonra artıq çəki problemi olan əsgər və zabit heyətinin rütbəsi yüksəlməyəcək.

Çin ordusunun 2015- 2020-ci illər üçün nəzərdə tutulan planında fiziki hazırlığa xüsusi önəm veriləcək.

Sənəd ötən həftə qəbul edilib.

Çin Milli Müdafiə İnstitutunun eksperti Li Daquanqın (Li Daguang) sözlərinə görə, onların həyat şəraiti və qidalanmaları əvvəlki illərə nisbətən xeyli yaxşılaşıb.

Bir çox hərbçilər pəhriz saxlamadıqlarından, artıq çəki problemi yaşamağa başlayıblar: “Artıq çəki əskər və zabitin təkcə zahiri görünüşünü korlamır, eyni zamanda onların döyüş meydanında effektliliyini azaldır. Deməli, ölkənin hərbi gücünə mənfi təsir edir.”


Müəllif: