16 Fevral 2015 23:33
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan hökuməti Avropa İttifaqının maliyyə yardımı proqramı layihəsini qəbul etməyib.

Teleqraf.com-un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstan hökumətindəki mənbə bildirib.

“Layihə mənasız və düşüncəsiz şəkildə hazırlanıb. Belə olan halda proqramın müzakirəsi aparıla bilməz”, deyə mənbə bildirib.

Bundan əvvəl Avropa İttifaqına üzv olan dövlətlərin maliyyə nazirlərinin Yunanıstanla kredit proqramı barədə razılaşma əldə edə bilmədikləri barədə məlumat yayılmışdı.


Müəllif: