17 Fevral 2015 00:30
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in parlament assambleyası Ukraynanın cənub-şərqindəki münaqişə tərəflərini Minsk razılaşmalarına sadiq qalmağa və döyüş əməliyyatlarını dayandırmağa çağırıb.

Teleqraf.com BBC-yə istinadən məlumatına görə, ATƏT parlament assambleyasının sədri İllka Suominen Debaltsevo şəhərində atəşkəsin pozulmasından narahatlığını bildirib.

“Mən təmas xəttinin əksər hissələrində atəşkəsin əldə olunduğunu alqışlayıram. Lakin separatçıların atəşkəsin Debaltsevo şəhərinə aid olmaması barədə bəyanatları qəbuledilməzdir. Mən tərəfləri Minskdə əldə olunmuş razılaşmalara riayət etməyə çağırıram”, deyə İ.Suominen bildirib.

Xatırladaq ki, bundan əvvəl tərəflər bir birilərini fevralın 15-nə razılaşdırılmış atəşkəsin pozulmasında ittiham ediblər.


Müəllif: