17 Fevral 2015 08:32
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Milli Meteorologiya İdarəsi fevralın 17-də baş verən güclü zəlzələdən sonra ölkənin şimal-şərq bölgəsində sunami təhlükəsini ləğv edib.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İvate prefekturasında 10-20 santimetr hündürlüyündə yaranan dalğalar heç bir ziyan vurmayıb.

Ötən gecə baş vermiş 6,9 bal gücündə zəlzələnin episentri İvate prefekturasında, ocağı isə dənizin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ Honsü adasının bütün prefekturalarında və Hokkaydo adasında hiss olunub. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Bununla belə, Yaponiya Milli Meteorologiya İdarəsi ölkənin şimal-şərqində yerli vaxtla saat 09:50 və 10:57-də 4,8 – 4,6 bal gücündə daha iki yeraltı təkanın qeydə alınmasını bildirib.


Müəllif: