17 Fevral 2015 08:51
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin müdafiə naziri Sidqi Sübhi və Fransanın müdafiə naziri Jan-İv Le Drian Qahirədə 24 “Rafale” qırıcı təyyarəsinin və çoxməqsədli freqatın satışı barədə müqavilə imzalayıblar.

Teleqraf.com-un məlumatına görə, sənədin imzalanması Misir Prezidenti Abdel Fəttah as-Sisinin iqamətgahında dövlət başçısının iştirakı ilə keçirilib.

Yerli KİV-lərin məlumatına görə, hərbi texnika və əlavə avadanlığın satışı üzrə danışıqların uğurla nəticələndiyini Fransa Prezidenti Fransua Olland bəyan etmişdi.

Onun sözlərinə görə, bu sövdələşmə “Misirə öz təhlükəsizliyini gücləndirməyə imkan verəcək və regionda sabitlik naminə mühüm rol oynayacaq”.


Müəllif: