Türkiyənin Karaağaç Polis Mərkəzində işləyən 1976-ci il təvəllüdlü S.B Yılancı məscidində intihara cəhd edib.
Publika.az-ın məlumatına görə, S.B. yerli vaxtla saat 11.30 radələrində məscidə gələrək ikinci mərtəbəyə qalxıb. Əvvəlcə ibadətini edən polis yanında gətirdiyi silahdan atəş açaraq özünü öldürmək istəyib.
Silah səsini eşidən məscid işçiləri S.B-nin yaralı olduğunu görüb, polisə və təcili yardıma məlumat veriblər. Xəstəxanaya yerləşdirilən polisin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı yerli polis idarəsində araşdırma aparılır.