17 Fevral 2015 15:52
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın BBC kanalının jurnalistləri Donbas hövzəsi haqqında süjet hazırlayıb.

Publika.az xəbər verir ki, kanalın çəkiliş qrupu Donetsk aeroportunda atəş altına düşüb.

İnternetdə yerləşdirilən 2 dəqiqə 24 saniyəlik videonun 1 dəqiqə 5-ci saniyəsində atəş səsləri eşidilir. 19 saniyədən sonra isə BBC müxbirinin yanında durduğu binanın arxasına mərmi düşür və çəkiliş qrupu qaçmağa məcbur olurlar.

Qeyd edək ki, yanvarın 29-da Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahından Donetsk aeroportunun öz strateji əhəmiyyətini itirdiyi bildirilib. Qeyd olunub ki, tamamilə dağılmasından sonra obyekti saxlamağa hərbi baxımdan ehtiyac yox idi.

Ömər Dağlı


Müəllif: