17 Fevral 2015 20:12
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma “Donetsk Xalq Respublikası” separatçı rejiminin rəhbəri Aleksandr Zaxarçenko Debaltsevoda gedən şiddətli döyüşlərdə güllə yarası alıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiyanın “LifeNews” telekanalı informasiya yayıb.

A. Zaxarçenkonun Debaltsevo şəhərində Ukrayna əsgərləri ilə döyüşdə topuğundan yaralandığı bildirilir. O, ilk tibbi yardım göstərildikdən sonra şəhərdən çıxarılıb.

Debaltsevoda küçə döyüşləri davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı şəhərin bir hissəsinin separatçılar tərəfindən ələ keçirildiyini təsdiqləyib.


Müəllif: