17 Fevral 2015 21:08
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada Viu şəhəri yaxınlığında yerləşən nəzarət-buraxılış məntəqəsində törədilmiş partlayış nəticəsində 11 nəfər ölüb.

Teleqraf.com-un “Frans Pres”ə istinadən verdiyi xəbərə görə, hücum motosikletlə hərəkətdə olan 3 silahlı tərəfindən törədilib. Ölənlər arasında bir uşağın olduğu bildirilir.

Polisin məlumatına görə, daha bir neçə partlayış Nigeriyanın cənubundakı Okrika şəhərində müxalifətin təşkil etdiyi mitinq zamanı törədilib. Partlayışlar zamanı ölənlərin sayı barədə hələlik məlumat yoxdur.


Müəllif: