18 Fevral 2015 01:20

ABŞ nümayəndəsi Türkiyə ilə Suriya müxalifətinin hazırlığına dair razılıq əldə olunduğunu bildirib.

Teleqraf.com-un “Röyters”ə istinadən məlumatına görə, Vaşinqton həmçinin Suriya müxalifətinin hərbi geyim və ləvazimatla təchizatı ilə məşğul olacaq.

Qeyd edək ki, ABŞ bundan əvvəl İŞİD-ə qarşı mübarizədə suriyalıların hazırlanması məqsədi ilə 400 hərbçi göndərmək niyyətində olduğunu bəyan edib.

Polkovnik Stiv Uorren bildirib ki, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı artıq öz ərazilərində bu məqsədlər üçün təlim bazası yaratmaq təklifi ilə çıxış edib.


Müəllif: