18 Fevral 2015 07:09
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimal-şərqində terrorçu kamikadzenin nəzarət-buraxılış məntəqəsində (NBM) hücumu nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Teleqraf.com-un “Frans Press”ə istinadən məlumatına görə, partlayış nəticəsində azı 20 nəfər yaralanıb.

Məlumata görə, ölənlərin əksəriyyəti NBM yaxınlığında satıcılıq edən və dilənçiliklə məşğul olan uşaqlardır.

Bundan əvvəl partlayış nəticəsində 11 nəfərin öldüyü bildirilirdi.


Müəllif: