18 Fevral 2015 09:26
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi indiyə kimi öldürülən İŞİD üzvlərinin sayını açıqlayıb.

Publika.az-ın məlumatına görə, bu günədək 7200 İŞİD üzvü qətlə yetirilib. 200 neft və qaz obyektləri, 1,000 döyüş mövqeləri, yoxlanış məntəqələri və binalar dağıdılıb.

2000-dən çox hava hücumu həyata keçirilib və Koalisiya İraqda 700 kvadrat kilometr ərazini İD-dən geri alıb. Bu isə ölkədə İD tərəfindən nəzarət edilən torpaqların bir faizini təşkil edir.

ABŞ Müdafiə Departamentinin hesablamalrına görə, 2015-ci il 9 yanvara qədər olan xərclər 1.3 milyard dollar təşkil edir. Bu da, günlük təxminən 8.3 milyon dollar deməkdir.


Müəllif: