15 May 2014 17:57
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konçita Vurst Rusiya prezidenti Vladimir Putinin PR layihəsidir.

AzVision.az-ın məlumatına görə, bu barədə Latviyada hakim koalisiyasının üzvü, Latviya millətçilərinin lideri Rayvis Dzintras avstriyalı müğənni barədə fikirlərini bildirərkən qeyd edib.

Siyasətçi əmindir ki, Konçita Vurst Putin tərəfindən Avropa və onun dəyərlərini məhv etmək üçün hazırlanan layihədir. Rusiya təbliğatı ölkə vətəndaşları və xüsusilə də Ukrayna olmaqla, qonşu ölkələri Avropa İttifaqının əxlaqsızlıq yuvası olmasına inandırmağa çalışır. Rəsmi Moskva gizli olaraq “Eurovision”a saqqallı qadını göndərməyə qərar verdi, sadəlövh avropalılar Kremlin bu təxribatına uydular. Bununla da Rusiya prezidenti Putin öz mənafeyi üçün ideal arqument əldə etdi.

“Mərc edərəm ki, Konçita Vurst – Putinin PR layihəsidir. Putin üçün informasiya müharibəsində bundan gözəl hədiyyə ola bilməzdi”, - deyə Dzintras bildirib.


Müəllif: